backend

"Məni və ailəmi ölümlə təhdid edirlər" - Ərdoğandan sensasion açıqlama

"Məni və ailəmi ölümlə təhdid edirlər" - Ərdoğandan sensasion açıqlama


















Türkiyə prezidenti Tayyib Ərdoğan sensasion açıqlamaları ilə yadda qalıb

qaynarxett.az xəbər verir ki, Latın Amerikasına səfər edən Ərdoğan, jurnalistlərə verdiyi açıqlamada özünə və ailəsinə təhdidlər olduğunu bildirib.

"Özümlə, ailəmlə bağlı təhdidlər var. Bu haqda kifayət qədər bilgiyə sahibik. Məni və ailəmi ölümlə təhdid edirlər.

Siz əlbəttə mühafizəmizi filanı güvəndiyiniz insanlar kimi görürsünüz, amma baxırsınız ki, onların içindən də agentlər çıxır . Bir nəfər və ya iki nəfər belə ola bilər. Böcək hadisəsində olduğu kimi. Adam qalxır məhkəmədə deyir ki, prezidenti mənə çox güvəndiyi üçün, məni çox təqdir etdiyi üçün Liviyaya göndərib . Adamı mən tanımıram, bilmirəm. Bunlar bu qədər yalan söyləyə bilirlər."

Ərdoğan baş nazir olduğu dövrdə otağına dinləmə qurğusu yerləşdirilməyindən də danışıb.

"Bunları tanıyan mühafizə rəisidir , istədiyi yerlərə də yerləşdirən odur , sonra da deyir ki, baş nazirimizə ən yaxın mən idim , çox sevərdik. Yaxşı sevirsinizsə , bu nədir ? Necə olur ki, bunlar buralara qədər gələ bilirlər . İndi bir çox yerdən elə maraqlı məlumatlar gəlməyə başladı ki... Bəzi dəstələr qurulub . Amma biz niyə hər zaman hadisə baş verəndən sonra, müəyyən edirik."