backend

Müsavat iqtidar-müxalifət dialoquna qatılacaq? - Açıqlama

Müsavat iqtidar-müxalifət dialoquna qatılacaq? - Açıqlama




















Müsavat Partiyasının iqtidar müxalifət dialoqunda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil

Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O qeyd edib ki, bu bu barədə partiya daxilində bu gündən etibarən müzakirələr aparılacaq:”Yekun qərar da bu günlərdə veriləcək. Ümumiyyətlə isə, müxalifət hesab olunan 12 siyasi partiyanın ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsinə dəvət olunması hər hansı müsbət gözlənti imkanı yaratmır”.

Qeyd edək ki, müxalifət iqtidar arasında ilk dialoq ötən ilin dekabr ayının 13-də baş tutmuşdu. Müxalifət tərəfdən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev iştirak etmişdi. Növbəti görüş isə bu il fevralın 12-də keçiriləcək/qafqazinfo/.