backend

KXCP İdarə Heyətinin növbəti toplantısı oldu

KXCP İdarə Heyətinin növbəti toplantısı oldu






















qaynarxett.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib

İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflər paketi müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdir.
Yığıncaqda partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılmışdır.
Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir. M.Mirəlioğlu Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan bir qrup siyasi partiya rəhbərinin 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi birliklər və partiyalarla aparılan fikir mübadilələri ilə bağlı məlumat vermişdir.
İclasda hakimiyyətin məqsədyönlü idarəetmə üsuluna çevirdiyi korrupsiya-rüşvət mexanizmasının nəticəsində meydana çıxan məmur özbaşnalıqlarının yaratdığı problemlər müzakirə edilmişdir. Artıq məmur özbaşınalığının ölkəni idarəolunmaz vəziyyətə gətirməsi, vətəndaşların, vətəndaş cəmiyyətlərinin, hətta dövlət orqanlarının ayrı-ayrı məmurların qurbanlarına çevrilməsindən narahatlıqlar bildirilmişdir. Dövlət orqanları, hüquq-mühafizə sistemi və məhkəmələr hətta beynəlxalq təşkilatların hesabatlarına düşən məmur cinayətlərinə “haqq” qazandırır və nəticə etibarı ilə edilən cinayətlərinin cəzasını isə yenidən cinayət qurbanları çəkəsi olurlar. KXCP İdarə Heyəti üzvlərinə məmur özbaşınalıqları haqqında arayışların hazırlanması və müzakirələrin keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.