backend

Kərəm Həsənov kadr islahatlarına başladı

Kərəm Həsənov kadr islahatlarına başladı




















Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov kadr islahatlarına başlayıb

O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdovu işdən azad edib. Onun yerinə isə Abşeron Şəhər Ərazi İdarəsinin rəisi Qabil Əliyevi təyin edib.

Abşeron Şəhər Ərazi İdarəsinin boş qalmış rəis postina isə işdən azad etdiyi Şəmsi Şahvələdovu göndərib.

Verilən digər məlumatlara görə, Kərəm Həsənov , Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin daha bir neçə əməkdaşını işdən azad edib. Onlar arasında öz qohumları da var.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının bəziləri Əmlak Komitəsinə keçirilib və səlahiyyətlərinin bir hissəsi Kərəm Həsənovun rəhbrəlik etdiyi quruma tapşırılıb/aznews.az/.