backend

Azərbaycanda 27 nəfərin saxta diplom aldığı aşkarlanıb

Azərbaycanda 27 nəfərin saxta diplom aldığı aşkarlanıb
























“Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 460 557 şəxs haqqında məlumat daxil olub

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, bu illər ərzində onlardan 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir.

TQDK sədri qeyd edib ki, bu hallar onlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdə aşkar olunub. Onun sözlərinə görə, hesabat ili dövründə - 2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: “Onlardan 1500-nün bizim tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.