backend

Müsavat iqtidarla görüşmək istəmir: öz şərti var

Müsavat iqtidarla görüşmək istəmir: öz şərti var

















Müsavat Partiyası fevralın 12-də iqtidar-müxalifət görüşündə iştirak etməyəcək

qaynarxett.az xəbər verir ki, bu barədə partiyadan verilən məlumatda bildirilir.

Partiya bu qərarı görüşün mahiyyəti müxtəlif cür təqdim edildiyinə, görüşdə müzakirə ediləcək məsələlər əvvəldən razılaşdırılmadığına və görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum olmadığına görə verdiyini açıqlayıb.

Partiyanın yaydığı məlumatda bildirilir: “Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.

Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrin, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllərdə açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir.

Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”.