backend

Qadını öldürən makler 16 il cəza aldı – FOTO

Qadını öldürən makler 16 il cəza aldı – FOTO






















Qadın pulu yüksək faizli sələmlə geri tələb edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Eyvaz İbrahimovun (1959-cu il təvəllüdlü.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

qaynarxett.az-nun məlumatına görə, ibtidai istintaq materiallarına əsasən, ötən il iyulun 31-də Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları Əhmədli qəsəbəsi, Gəncə prospekti, 36 ünvanında yaşayan Gülnarə Məmmədovanın (1967-ci il təv.) zorakılıq əlamətləri olan meyitinı yaşadığı mənzildə aşkar ediblər. Prokurorluq əməkdaşları ekspertlərin iştirakı ilə hadisə yerini müayinə etməklə, müvafiq maddi sübutlar götürüblər. Xətai rayon prokurorluğunda fakt üzrə ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, G.Zamanovanın ölümünə daxili üzvlərin zədələnməsi nəticəsində törənən kəskin qanitirmə səbəb olub. Onun bədən səthində 17 ədəd dəşilmiş-kəsilmiş yaralar aşkar edilib.

Araşdırma aparılarkən mərhumun qızı marketə getdiyini bildirib, qayıdanda isə anasını qan içində mətbəxdə, döşəməyə uzanmış vəziyyətdə görüb. Dərhal sonra o qışqıraraq, qonşuları köməyə çağırıb və polisə məlumat verib.

Səhərisi gün Bakı şəhər Baş Polis İdarəsi cinayət-axtarış İdarəsi, Xətai RPİ və 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Eyvaz İbrahimov saxlanılıb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, təxminən 6 ay əvvəl ev-alqı satqısı ilə məşğul olan Eyvaz İbrahimov evinin satılması ilə əlaqədar Gülnarə Zamanova ilə tanış olub. Ona evinin satılmasında kömək edib, bir neçə ay sonra Zamanovadan borc pul alıb. Lakin qadın bir müddətdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarında narazılıq yaranıb. Hadisə baş verən gün Gülnarə Eyvaza zəng vuraraq onu evinə dəvət edib. Mənzildə olarkən pul borcu ilə əlaqədar mübahisələri daha da kəskinləşib. Əsəbilərini cilovlaya bilməyən qadının təhqirlərinə dözməyərək İbrahimov üzərində gəzdirdiyi bıçaqla Zamanovanın bədəninin müxtəlif nayihələrinə çoxsaylı zərbələr endirib, sonra isə tələsik hadisə yerindən uzaqlaşıb.

Məhkəmə prosesində Eyvaz İbrahimov ittiham üzrə özünü qismən təqsirli hesab edib, zərərçəkmiş şəxsin hüquqi varisi isə anasını qətlə yetirən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Qadını öldürən makler 16 il cəza aldı – FOTO

Qadını öldürən makler 16 il cəza aldı – FOTO

Qadını öldürən makler 16 il cəza aldı – FOTO