backend

ABŞ-ın Azərbaycanla bağlı proritetləri dəyişilib

ABŞ-ın  Azərbaycanla bağlı proritetləri dəyişilib



















Ədalət Partiyasının sədr müavini belə düşünür

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ABŞ-ın Azərbaycana yeni təyin edilən səfiri Robert Sekutanın ölkəsindən azərbaycanlılara ünvanladığı video-müraciətinə münasibət bildirib. M.Rəhimli deyib ki, Azərbaycan xalqı həmişə ABŞ-dan demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, Dağlıq Qarabağ probleminə münasibətdə ədalətli mövqe gözləyib: “ABŞ ölkəmizə hər dəfə səfir təyin edərkən prioritetlərini açıqlayıb və biz təəssüf ki, bütün bunların nəzərə alındığını müşahidə etməmişik. İndiyədək Birləşmiş Ştatların ölkəmizdə əsas maraqlarını enerji təhlükəsizliyi təşkil edib. Lakin dünyada özünü sülhün və demokratiyanın qarantı elan etmiş bir ölkənin yalnız özünün maraqlarını güdməsi onun səmimiliyini şübhə altına alıb. Buna görə də ictimai fikirdə ABŞ-a “etibarsız tərəfdaş” münasibəti formalaşmaqdadır.
ABŞ-ın yeni səfiri Sekutanın videomüraciətində prioritetlərin dəyişdiyini müşahidə etmək olar. Belə ki, səfir “regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması”nı iki əsas prioritet hesab edir. Üçüncünün isə “demokratik inkişaf” olduğunu bildirir. Əgər səfir bunları diplomatiya naminə söyləməyibsə, onda ümid etmək olar ki, Birləşmiş Ştatlar Azərbaycan xalqının uzun illərdir ondan gözlədiyi addımları ata bilər. Əks halda bütün bunlar söz olaraq qalacaqsa, bu xalqımızın fikrində birmənalı olaraq ABŞ-ın ikili oyun oynadığı qənaətini formalaşdıracaq.”