backend

Ağdaş gimnaziyasında qanunsuzluq

Ağdaş gimnaziyasında qanunsuzluq













"Direktor Şəhla müəllimə bildirir ki, bu uşaqları rayon icra hakimiyyəti başçısının I müavini və rayon deputatı xahiş edib, mən neyləyə bilərəm.”

Respublikamızın təhsil sistemində rüşvətxorluq və korrupsiya halları hələ də davam etməkdədir. Xüsusilə bölgələrdə fəaliyyət göstərən kollec və gimnaziyalarda qanunsuzluqlar pik həddə çatıb. Qaynarxətt.info-nun elektron poçtuna daxil olan şikayətlər Ağdaş rayonunda fəaliyyət göstərən gimnaziya-liseyin direktoru Şəhla xanımın qanunsuz əməllərindən bəhs olunur: “Qeyd edim ki, gimnaziyanın tələbələrin dərsə davamiyyəti çox zəifdir, bəzən dərs deyən müəllimlər məşğələlərə gəlmədiyindən dərslər keçirilmir. Burada imtahanlardan müsbət qiymət almaq üçün rüşvət tələb olunur. Gimnaziyanın direktoru Şəhla müəllimə məktəbi sanki özünü şəxsi bazarı hesab edir. Belə olmasaydı o, bu il imtahan müsabiqəsindən keçməyən Məkkə və Şölə Nəcəfovları məktəbə qəbul etməzdi. Bunu ondan soruşanda Şəhla müəllimə bildirir ki, bu uşaqları rayon icra hakimiyyəti başçısının I müavini və rayon deputatı xahiş edib, mən neyləyə bilərəm.”
Yəqin ki, Təhsil Nazirliyinin aidiyyatı qurumları Ağdaş gimnaziyasında baş verən bu qanunsuzluqlar barədə ciddi ölçü götürəcəklər. Mövzunu diqqət mərkəzində saxlayacağıq.