backend

Sarkisyanın polisləri erməni əsgərlərinin analarını asfaltla sürüdü - VİDEO

Sarkisyanın polisləri erməni əsgərlərinin analarını asfaltla sürüdü - VİDEO






















“Səbrimiz tükənməz deyil”

Fevral ayının 11-də polislər Ermənistan prezidentinin ofisinin qarşısında qeyri-hərbi şəraitdə həlak olan hərbçilərin piket keçirən valideynlərinə qarşı güc tətbiq ediblər.

qaynarxett.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları noyabr ayının 27-də dövlət başçısına ünvanlanmış məktubun indiyə qədər cavabsız qalma səbəbini öyrənmək istəyiblər. Hüquq mühafizə orqanları əməkdaşları rezidensiyanın qarşısında dayanan aksiyaçılardan küçələrdən qarşı tərəfə keçməyi tələb ediblər.

“Səbrimiz tükənməz deyil” – polislərdən biri bildirib.

Valideynlər tələbi yerinə yetirməkdən imtina ediblər, bu zaman polis “sıraya düzülmə” əmri verib.

“İrəli, irəli” sözləri ilə hüquq mühafizə orqanları əməkdaşları insanları itələməyə başlayıblar. 2007-ci ildə həlak olan Tiqran Oqancanyanın anası Qoar Sarqsyanın əl və ayaqlarından tutaraq onu yolun qarşı tərəfinə sürüyərək aparıblar. Etiraz əlaməti olaraq qadının əri Suren Oqancanyan yerə uzanıb, amma bu da ona kömək etməyib, onu da rezidensiyanın yanından qarşı tərəfə keçiriblər.

Həlak olan hərbçilərin valideynləri polisləri məhkəməyə verəcəklərini bildiriblər.