backend

Azərbaycanlı uşaqlar porno-saytlara daxil ola bilməyəcəklər

Azərbaycanlı uşaqlar porno-saytlara daxil ola bilməyəcəklər



















Qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 2015-ci ildə uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, “ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli (porno saytlar və sair – red.) hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək.