Rusiya batır, oliqarx Piriyevlər isə...

Dunya 12-02-2015, 15:45
Rusiya batır, oliqarx Piriyevlər isə...














Rusiyadakı iqtisadi böhrana, istehlak qabiliyyətinin kəskin aşağı düşməsinə və rublun ucuzlaşmasına baxmayaraq azərbaycanlı ata-oğul oliqarxlar Nizami və Nəsib Piriyevlər Moskvada brend geyimlər biznesini genişləndirir

qaynarxett.az “Röyter”ə istinadən xəbər verir ki, Piriyevlərin “PNN Group” şirkəti Britaniyanın dəbli geyimlərin istehsalı və topdansatışı ilə məşğul olan məşhur “SuperGroup” şirkəti ilə imzalanmış françayzinq müqaviləsi əsasında Moskvada iki “Superdry” geyim mağazası açacaq.

Agentlik qeyd edir ki, “PNN Group” şirkətinin Moskvada brend geyimlər mağazalarını açması Rusiyada yaxın perspektiv üçün istehlak qabiliyyətinin aşağı düşəcəyinə və iqtisadi böhranın daha da dərinləşəcəyinə dair bədbin proqnozlar fonunda baş verir.

“SuperGroup” dəbli geyimlərin və aksessuarların topdan və parakəndə satışı ilə məşğul olan Britaniya şirkətidir. Şirkətin dünyanın çoxsaylı ölkələrində “Superdry” mağazalar şəbəkəsi fəaliyyət göstərir. Rusiyada bu şəbəkədən ilk mağazaları “PNN Gruop” şirkəti açır.

Rusiya batır, oliqarx Piriyevlər isə...






















“SuperGroup” şirkətindən yayılan məlumatda deyilir ki, Moskvada mağazalar aprelin sonlarında açılacaq və gələcəkdə bu mağazaların sayının artırılması planlaşdırılır.

“Lakin mağazaların sayının artması onların özlərini nə dərəcədə doğrultmasından asılı olacaq. Bütün bu mağazalar ancaq Moskvada yerləşəcək” - şirkətin mətbuat xidməti bildirib.

“Superdry” bu il Rusiya bazarına daxil olan ilk xarici dəb brendidir. İqtisadi böhrana görə bir çox digər brendlər, o cümlədən Britaniyanın “New Look” şirkəti Rusiyanı tərk edib.

Daşınmaz əmlak üzrə konsaltinq şirkəti “Cushman & Wakefield” bildirir ki, “PNN Group” iki “Superdry” mağazasını Moskvadakı ticarət mərkəzlərində açacaq. Onların sahəsi 850 və 900 kvadratmetr olacaq. Şirkət 2020-ci ilə qədər Rusiyada 20”Superdry” mağazası açmaq niyyətindədir.

Qeyd edək ki, Nizami Piriyev və onun oğlu Nəsib Piriyev Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi məşhurlaşıblar. T.Bleyer Piriyevlərin Bakıdakı metanol zavodunun təməlqoyma mərasimində iştirak edib. Biznesmenlər bu zavodun tikintisi üçün dövlət təminatı olmadan Avropa Yenidənqurma və İnkişaf Bankından yüz milyonlarla dollar kredit cəlb etmişdilər.

Piriyevlərin Rusiyada, Azərbaycanda, Ukraynada çoxsaylı biznes aktivləri var. Bura ticarət mərkəzləri, fəst-fud restoranları, brend mağazalar şəbəkəsi və s. daxildir.
Oxunub: 802
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10