backend

Dünyanın izlədiyi 14 saatlıq görüş başa çatdı - Prezidentlər razılığa gəldilər

Dünyanın izlədiyi 14 saatlıq görüş başa çatdı - Prezidentlər razılığa gəldilər























Belarusun paytaxtı Minskdə Vladimir Putin, Fransua Olmnad, Angela Merkel və Pyotr Poroşenko arasında ötən axşam başlayan danışıqlar bu gün səhər başa çatıb

qaynarxett.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynadakı böhranı müzakirə etmək üçün Minskə toplaşan Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kanslerinin bağlı qapılar arxasında davam edən danışıqları 14 saatdan artıq davam edib.

Danışıqların aparıldığı zaldan öncə Pyotr Poroşenko, sonra Vladimir Purtin, daha sonra isə Merkel və Olland çıxıblar.
Ollandla Merkelin görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirəcəkləri gözlənilir.

***

Minskdə “Normand dördlüyü”nün əldə etdiyi razılaşmanın detalları məlum olub. qaynarxett.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Minskdə razılaşdırılmış sənəd fevralın 14-dən Ukraynanın şərqində atəşkəsin elan olunmasını, həm separatçıların, həm də Ukrayna ordusunun ağır silahları təmas xəttindən geri çəkməsi və iki tərəf arasında bir neçə kilometrlik təhlükəsizlik zolağının yaradılmasını nəzərdə tutur.