backend

Ermənilər “Dağlıq Qarabağ Respublikası”nın Facebook səhifəsinə Azərbaycandan girişi bağladılar

Ermənilər “Dağlıq Qarabağ Respublikası”nın Facebook səhifəsinə Azərbaycandan girişi bağladılar





















Minlərlə azərbaycanlı istifadəçi səhifədən şikayət edib

Erməni işğalçılarının bir müddət əvvəl Facebook tərəfindən rəsmi təsdiqlənmiş statusu almış qondarma “Dağlıq Qarabağ Respublikası”nın səhifəsinə hazırda Azərbaycan ərazisindən daxil olmaq mümkün deyil.

qaynarxett.az xəbər verir ki, hazırda həmin səhifəyə daxil olarkən, Facebook-un əsas profilinə qayıdış baş verir və səhifə açılmır.

Qeyd edək ki, məsələ ilə bağlı dünəndən etibarən minlərlə azərbaycanlı Facebook istifadəçisi sosial şəbəkə rəhbərliyinə şikayətlər ünvanlamış və qondarma rejimin səhifəsini ləğv etməyi tələb etmişdilər.

Göründüyü kimi, səhifənin ləğv olunacağından qorxuya düşən ermənilər Azərbaycandan həmin səhifəyə daxil olmaq imkanını məhdudlaşdırıblar və Azərbaycan üzrə İP-ünvanlara blok qoyublar.

Digər ölkələrdən isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Facebook səhifəsinə daxil olmaq mümkündür.