backend

O qədər pulu üstündə necə gizlətdi?

O qədər pulu üstündə necə gizlətdi?




















Rusiya vətəndaşı Şəmkirdə saxta pulla saxlanılıb

Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əslən rayonun Dəllər qəsəbəsindən olan, hazırda Rusiya Federasiyasının Rostov vilayətində yaşayan 27 yaşlı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə onun üzərinə baxış keçirilən zaman ayaqqabısının altında gizlətdiyi 225 min saxta rus rublu və 42650 saxta belarus əskinasları aşkar edilərək götürülüb. Hazırda Aslanovun həmin əskinasları əldə etmə mənbəyi və istifadə yerləri araşdırılır. (Region Tv)