backend

Azərbaycanlıları aldadan tikinti şirkətlərini tanıyın - SİYAHI

Azərbaycanlıları aldadan tikinti şirkətlərini tanıyın - SİYAHI






















Adlar açıqlandı

2014-cü ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır.

qaynarxett.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılmış araşdırmada öz əksini tapıb.

Sənəddə həmin tikinti şirkətlərinin adları açıqlanır:

“Əvvəlki illərə nisbətən belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir. Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər.

Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olub. Vətəndaşlar “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik inşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər”- deyə, sənəddə deyilir.