backend

Yevlaxda şəkər xəstələrinin dərman üsyanı – FOTO + VİDEO-ŞOK-(YENİLƏNİB)





Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlhami Quliyevin qanunsuz əməlləri xəstələri ayağa qaldırdı

Dövlətə məxsus tibb ocaqlarında tibbi xidmətin pulsuz olmasına baxmayaraq, təəssüf ki, bir sıra mərkəzi xəstəxanalardakı səhiyyə xidmətlərində bəzi xoşagəlməz hallar yaşanır. Söhbət keçən il istifadəyə verilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanasından gedir.
Belə ki, sözügedən tibb müəssisəsində olan qanunsuzluqlar vətəndaşları cana yığıb. Bu barədə qaynarxett.az-nun elektron poçtuna daxil olan məlumatlarda bildirilir ki, keçən il istifadəyə verilən rayon mərkəzi xəstəxanasının bəzi həkimləri bütün xəstələrdən nəsə tələb edirlər. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkir. Rayon mərkəzi xəstəxanasında baş verən bütün özbaşınalıqlar və bəzi həkimlərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri insanları narazı salan əsas amillərdəndir.
Sakinlərin bildirdiyinə görə, adıçəkilən tibb ocağında xəstələrə pul mənbəyi kimi yanaşırlar. Həkimlərin əksəriyyəti özlərini xəstəxananın ağası kimi aparırlar. Belə ki, qan alanizi üçün, UZİ aparatından keçmək üçün pul tələb olunur. Komputer pomoqrafiya aparatından keçmək üçün Aynur həkim 60 manat pul tələb edir. Doğum şöbəsində isə bir körpənin həyata gəlməyi valideyinə 200-300 manat arasında başa gəlir. Xəstəxanada sağlamlıq haqqında arayış almaq üçün 5-10 manatdan keçmək lazımdır.
Pulu olmayan xəstəyə yaxşı xidmət olunmur. Bir sıra həkimlər maddi durumu aşağı olan xəstəni yaxşı qəbul etmirlər.
Çox təəssüf ki, dövlətin səhiyyəyə ayırdığı vəsaiti sözügedən xəstəxananın baş həkimi lazımi şəkildə istifadə etmir. Ayrılan vəsaiti öz maraqları naminə xərcləyir. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olur.
Hətta o da bildirilir ki, rayonda hərbi xidmətdən yayınmaq istəyənlər üçün də xəstəxanada istənilən şərait yaradılıb. Belə ki, baş həkim İlhami Quluyev hətta gənclərə heç də kiçik olmayan məbləğ müqabilində xəstəlik kağızı, hətta ruhi-əsəb xəstəsi (dəlilik) olması haqqında da sənəd verilir. İddia edilir ki, məhz bu səbəbdən rayonda son bir ildə hərbi xidmətdən yayınanların sayı çoxalıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında olan xoşagəlməz hallar bunlarla bitmir. Belə ki, bəzi həkimlər rayon mərkəzi xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları vermirlər. Bir sıra xəstələrdən özləri üçün evdən yemək gətirmələri və xəstəxananın yaxınlığında olan aptekdən dərman almaları tələb olunur. Beləliklə də, dövlət büdcəsindən xəstələr üçün ayrılan dərman preparatları və ərzaq məhsulları bir xəstəxananın rəhbərliyi tərəfindən mənimsəilir.

Mənbə bildirir ki, bu günlər xəstəxanada üsyan baş verib. Belə ki, şəkərdən əziyyət çəkən xəstələrə pulsuz verilməli olan dərman peraparatları onlara pulla vermək istəyiblər. Bu da xəstələrin ciddi narazılığına səbəb olub, hətta hadisə yerinə polis də çağrılıb. Sizə təqdim etdiyimiz video-sujetdə bunun canlı şahidi ola bilərsiniz.

Yevlaxda şəkər xəstələrinin dərman üsyanı – FOTO + VİDEO-ŞOK-(YENİLƏNİB)

Yevlaxda şəkər xəstələrinin dərman üsyanı – FOTO + VİDEO-ŞOK-(YENİLƏNİB)

Yevlaxda şəkər xəstələrinin dərman üsyanı – FOTO + VİDEO-ŞOK-(YENİLƏNİB)