backend

AXCP funksionerinin oğlu azadlığa buraxıldı - Son dəqiqə

AXCP funksionerinin oğlu azadlığa buraxıldı - Son dəqiqə




















AXCP Təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin məhkəmə prosesi keçirilib

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə hakim Sənan Daşdəmirlinin vəkilinin vəsatətini təmin edib.

S.Daşdəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunub. Onun barəsində istintaq işi daha iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı evin qarşısında həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Sənanın narkotik satdığı üçün saxlandığı bildirlir.