backend

UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

UEFA-dan Cüneyt Çakıra növbəti təyinat


Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının 1/8 finalın mərhələsinin ilk oyunlarına təyinat alıb.

qaynarxett.az qol.az-a istinadən xəbər verir ki, o, sabah keçiriləcək PSJ - "Çelsi" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcəklər.

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.