backend

Azərbaycan manatın dollardan asılılığından imtina etdi

Azərbaycan manatın dollardan asılılığından imtina etdi


Azərbaycan manatın dollardan asılılığından imtina etməyi planlaşdırır, halbuki neftin qiymətlərinin düşməsi ölkənin ixracyönümlü iqtisadiyyatına təsir göstərir.

qaynarxett.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Faynenşl Tayms"a müsahibəsində deyib.

"Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir. Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik və biz tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik", - Rüstəmov bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Mərkəzi Bankdan bildirilib ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək".