backend

Abşeron Məhkəməsindən özbaşınalıq

 Abşeron Məhkəməsindən özbaşınalıq

80 yaşlı Zibər Mailova Abşeron Məhkəməsinin sədri Əşir Səmədov və hakim Şövkət Nəcəfovanın sayəsində evsiz qala bilər. qaynarxett.az bildirir ki, bu barədə JAM.AZ-a müraciət edən Saray sakinləri Zibər Mayılova və Axverdi Şaxıyev bildirirlər ki, Ali Məhkəmənin Mülki Kollegiyası №2 (102)-3347/2014 saylı mülki işə baxarkən 25 sentyabr 2014-cü il tarixdə ədalətli və qanuni qərar qəbul edərək, müstəqil tələb irəli sürən Mailova Zibərin kassasiya şikayətini təmin edib.

Qeyd edilir ki, həmin işdə Axverdi Şaxıyevə qarşı iddia irəli sürən Qocayeva Zülfiyyə Nurəddin qızının onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması iddiasını rədd edilib. «Ali Məhkəmənin Mülki Kollegiyası Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hər iki məhkəmənin) qətnamələrini ləğv etmişdir. Ali Məhkəmənin qanuni qüvvədə olan ədalətli qərarı olmasına baxmayaraq, Qocayeva Zülfiyyə, Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun bacısı Ofelyanın qonşusu olmasından istifadə edərək, yenidən onun vasitəsilə məhkəməyə təsir edərək, ədalətsiz və qanunsuz sifarişli qətnamə almağı məqsədilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. İddai edib ki, güya mənim ona ziyan vurmuşam».

Şikayətçilər bildirirlər ki, hazırda həmin iş Abşeron Rayon Məhkəməsində qərəzli aparılır. «İddia ərizəsi məhkəməyə daxil olan kimi mənə məlumat vermədən həmin torpaq sahəsinin üzərinə həbs qoyulub və qanunsuz qərar qəbul edilib. 22 dekabr 2014-cü ildə qəbul edilmiş qərardadı, 15 yanvar 2015-ci il tarixdə mənə verdi. Beləliklə, Abşeron Rayon Məhkəməsinin obyektiv və ədalətli olmasına inanmırıq. Çünki Məhkəmənin sədri Əşir Səmədov və hakim Şövkət Nəcəfova konstitusion hüquqlarımızın qorunmasına süni maneələr törətməklə yanaşı, həm də qanunvericiliyi və etik normaları kobud formada pozurlar».

Zibər Mailova JAM.AZ-a deyib ki, o, Saray qəsəbəsində mərhum ərinin mirasını, yəni fərdi yaşayış evini 1999-cu ildə 7500 dollara satıb. «Həmin pulla məhkəmə mübahisəsinə səbəb olmuş həmin torpaq sahəsini 1000 dollarına aldım və fərdi yaşayış evi tikdirdim. Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixdə qəbul edilmiş qanunsuz məhkəmə qətnaməsində də, yəni Şaxıyev Axverdi, onun arvadı Gülnarə xanım və dörd şahid ifadələri də mənim zahatımı təsdiq ediblər».