backend

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı açıqlandı

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı açıqlandı


AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt 1-4 martda Azərbaycana səfər çərçivəsində ölkənin AŞPA qarşısındakı öhdəlikləri yerinə yetirməsinin monitorinqini aparacaqlar.

qaynarxett.az bildirir ki, bu barədə Trend-ə AŞPA Monitorinq komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycana səfər çərçivəsində həmməruzəçilər rəsmi şəxslər, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, hüquqşünaslar, eləcə də jurnalistlərlə görüşlər keçirəcəklər.

T.İvinski AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə Strasburqda yanvarın 29-da keçirilən qış sessiyasında seçilib. Bu vəzifədə o, Maltadan olan Cozef Debono Qrexi əvəz edib.

İvinski 1992-ci ilin yanvarından AŞPA-nın üzvüdür. Bir neçə il Assambleyanın vitse-prezidenti, AŞPA-nın Çeçenistan üzrə məruzəçisi olub.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə ikinci həmməruzəçisi Pedro Aqramuntun səlahiyyət müddəti 2015-ci il iyunun 14-də başa çatır.