backend

MÜƏLLİMLƏR İNSTİTUTUNUN QAZAX FİLALINDA NƏLƏR OLUR?

MÜƏLLİMLƏR İNSTİTUTUNUN QAZAX FİLALINDA NƏLƏR OLUR?

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında rəhbər şəxslər narahatdır
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının bir qrup müəllim və rəhbər şəxsləri narahatdır. Filialdan aldığımız məlumata görə keçmiş direktorun saxta diplom məsələsinə görə aparılan istintaq Elmi İşlər üzrə direktor müavini Alı Sofiyevi, həmçinin İxtisasdəyişmə, İxtisasartırma və Yenidən hazırlama üzrə direktor müavini Nizaməddin Babanlını narahat etməyə başlayıb. Hər iki şəxsin diplom satılmasında iştirakı və əlaqələnmələrinə dair daxil olan məlumatlarda bildirilir ki, bir neçə il əvvələ qədər Alı Sofiyev tədris işləri üzrə prorektor işlədiyi zamanlarda saxta diplom işinə bulaşdığı ehtimal edilir..
Redaksiyamıza daxil olan məlumata əsasən Nizaməddin Babanlı qorxur ki, məsuliyyətə cəlb oluna bilər. Nizaməddin Babanlının yüzlərlə qeyri-ixtisas sahiblərini ixtisasdəyişmə xətti ilə müəllim etməsi də onun baş ağrısına çevrilib,-deyə bildirilir. Məsələn, iki həftə bundan qabaq ixtisasdəyişmə nəticəsində belə saxta diplom sahibi Şəki Baş Göynük kənd 1 saylı orta məktəbin müəllimi Kərimov Əvəz Zöhrab oğlu dərs zamanı Həşimov Sadiq adlı şagirdi döydü. Məktəbin direktoru, müəllim kollektivi Təhsil naziri Mikayıl Cabbarova məktub ünvanladırlar, “müəllimin” məktəbdən kənarlaşdırılmasını, diplomun ləğv edilməsini istədilər. Bu zaman məlum oldu ki, Əvəz Kərimov “diplomu” coğrafiya ixtisası üzrə ixtisasdəyişmə xətti ilə Qazax Müəllimlər İnstitutundan alıb. Onun diplomunun ləğvi barədə Göynük kənd orta məktəbinin müəllim kollektivi 29 Mart 2012-ci ildə Təhsil nazirinə məktubla müraciət ediblər. Lakin o zaman nazirlik hansısa səbəbdən Əvəz Kərimovu müdafiə edib. İndi isə Təhsil Nazirliyinin təkrar bu məsələyə diqqət yetirməsi Nizaməddin Babanlını narahat edir. Göründüyü kimi, Nizaməddin Babanlı həm də Alı Sofiyevi təhlükə hiss etmələri şübhəsiz deyil və bu səbəbdən narahataçılıqları başa düşüləndir. Alı Sofiyevin Tədris İşləri üzrə direktoru müavinliyindən imtina edib, Elmi İşlər üzrə direktor müavini olması onun keçmiş əməllərinin ört-basdır edilməsi kimi izah olunur.