Saatlıda ünvanlı sosial yardım qadağası

Bolge 17-02-2015, 15:28
Saatlıda ünvanlı sosial yardım qadağası

İcra başçısının təlimatına əsasən yoxsul ailələrə arayış verilməsi yasaqlanıb

Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. qaynarxett.az-nun JAM.AZ-a istinadən yaydığı məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib.

Belə ki, sənədləri hazırladıqları zaman yerli İcra Nümayəndəliklərindən arayış almaq istəyən vətəndaşlar onu əldə edə bilmirlər. İcra nümayəndələri belə ailələrə deyir ki, icra başçısının təlimatına əsasən həmin sənədi verə bilməzlər. Və bunun konkret əsasının nə olduğu barədə bilgi vermirlər.

Zaur Rasim oğlu Mirzəyev də yoxsul ailənin nümayəndəsidir. O, bu yaxınlarda ünvanlı sosial yardım almaq məqsədi ilə Saatlı Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edib. Lakin ƏSMM-dən ona bildiriblər ki, əvvəlcə sənədlərini qaydaya salsın. O da bütün sənədləri toplayarkən rayon İcra Nümayəndəliyindən də arayış almaq üçün məlum ünvana üz tutub. Və oradan cavab alıb ki, icra başçısı ünvanlı sosial yardım alınması üçün tələb olunan arayışın verilməsini qadağan edib. Məsələni isə ƏSMM-in razılığı əsasında reallaşdıra bilərlər.

JAM.AZ xəbər verir ki, Zaur Mirzəyev yenidən ƏSMM-ə gedib və oradan deyiblər ki, Saatlı İcra Hakimiyyətinə gedərək, oradan razılıq alsın. İcra Hakimiyyətindən isə bildiriblər ki, məsələ onlarlıq deyil. Bir sözlə, süründürməçilik.

Qeyd edək ki, ünvanlı sosial yardımla bağlı belə əcaib vəziyyət təkcə Saatlıda yaşanmır. Bir çox rayonlarda da durum eynidir. Bunun səbəbi isə kimsəyə məlum deyil.

Yazıda adları keçən qurumların rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq.
Oxunub: 1 018
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10