backend

Küçənin ortasında arvadını doğradı

Küçənin ortasında arvadını doğradı



Bakının Səbail rayonu ərazisində qadın küçənin ortasında qanına qəltan edilib.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən "ANS press"ə verilən məlumata görə, hadisə saat 19 radələrində qeydə alınıb.

32 yaşlı K.C. küçədə gedərkən bir kişinin hücumuna məruz qalıb. Həmin şəxs qadını bir neçə yerindən bıçaqlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Deyilənlərə görə, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb. Hazırda hadisəni törədən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı araşdırmalar aparılır.