backend

Rəis rayon sakinlərini 13 min manatlıq aldatdı

Rəis rayon sakinlərini 13 min manatlıq aldatdı


Ağcabədi sakinlərinin “Azər-mühafizə” MMC-nin rayon filialının rəisi barəsində şikayəti araşdırılır.


qaynarxett.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Onlar 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alınmasını bildiriblər.