backend

“Mərkəzi Bank izahat verməlidir”- Bakıda valyutadəyişmə ajiotajı


“Mərkəzi Bank izahat verməlidir”- Bakıda valyutadəyişmə ajiotajı


Bu gün əksər valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir.


qaynarxett.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan iqtisadçı ekpert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb:

"Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanın aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir. Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcəkdi. Mərkəzi Bankı müxtəlif dolayı metodlar o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azatlmalı idi”.