backend

Leyla Yunus İlham Əliyevdən nə istədi...

Leyla Yunus İlham Əliyevdən nə istədi...












Kiyevdəki Maydan hadisələri zamanı şirin kökə paylaması ilə məşhurlaşmış ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycan icitimaiyyəti üçün gözlənilməz Bakı səfəri praktiki olaraq nəticəsiz başa çatdı

Məsələ heç də onda deyil ki, Nulandın çantasında Azərbaycan müxalifətçilərinə veriləcək şirin kökələr yox idi. Xanım Nulandın Bakıya qəfil səfəri kimi onun Azərbaycan paytaxtını tez-tələsik tərk etməsi də Əliyevin rəqiblərinin düşərgəsində cavablardan daha çox suallar doğurmuşdu.

Məsələ ondadır ki, siyasi gündəmi nəzərə alsaq, Bakıya yüksək rütbəli amerikalı zabitlərin və xüsusi xidmət əməkdaşlarının müşayiəti ilə gələn Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün hətta yarım saat da vaxt tapmadı.

Leyla Yunus İlham Əliyevdən nə istədi...

















Nuland cəmi 20 dəqiqə vaxt tapdı ki, əvvəllər əliyevçi “köhnə qvardiyaçı”ların “Qazax klanı”nın pulları hesabına bir müəllifdən - indi MTN-də saxlanılan Mirqədirovdan - ibarət qəzet buraxan Elçin Şıxlinskini, məhbus opportunist İlqar Məmmədovun məsləkdaşı Mehriban Rəhimlini və polis pulları hesabına hakimiyyətlə döyüşən müxalifətçi oğlunu dinləsin.

Nuland Bakıda bax belə bir inqilabçı kompaniyanın əhatəsində idi. “Amerikanın inqilablar arzusu”nun mücəssəməsi olan madam bu adamlarla söhbətləşməyə cəmi 20 dəqiqə dözdü.

Nuland üçün darıxdırıcı idi. O, Bakıda nə barrikadalar gördü, nə də inqilabçılar. Azərbaycanda inqilabçılar kimi inqilabların özü də çoxdandır yoxdur. Əvəzində həbsdə olan hüquq müdafiəçiləri və “beşinci kolon”un nümayəndələri var. Tərəfdarlarının “görünməmiş repressiyaların qurbanı” kimi təqdim etməyə çalışdığı şəxslər...

Çoxları bu ümidlə yaşayırdı ki, Dövlət Departamenti Bakıya gələn Nulandın simasında məhbəsdəki şəxslərin,- okeanın o tayındakı səxavətli sponsorların göndərdiyi milyonlarla qrantı adəti üzrə cibinə dolduran bu şəxslər isə dəmir baqmaqlıqlar arxasına ehtiyatsızlıqdan düşüblər,- müdafiəsinə qalxacaq.

Lakin ictimaiyyətin təəccübünə rəğmən amerikalı diplomat nəinki Azərbaycan hakimiyyətini tənqid etmədi, “Azərbaycan demokratiyasının atalarının və anaları”nın dərhal azad edilməsini tələb etmədi, onları barədə hətta heç bircə cümlə də işlətmədi.

Leyla Yunus İlham Əliyevdən nə istədi...


















Bəs elə onda həmin bu Dövlət Departamentinin xeyir-duası və beynəlxalq hüquq müdafiəçilərinin iştirakı ilə hazırlanmış uzun “siyasi məhbus” siyahıları necə olsun? Bəs onda ölümcül xəstəliyi olmayan, amma Bakı türməsinin narasında gündən-günə zəifləyib əldən düşdüyü deyilən Leyla Yunus necə olsun? Bəs onda qərbli hüquq müdafiəçilərinin iddia etdiyi kimi, “ağlasığmaz işgəncələrə məruz qoyulan” Arif Yunus və İntiqam Əliyev necə olsun? V.Nuland bəs indi öz əvvəlki görkəminə qayıdan, dəbli saç düzümü, Qərb fondlarından oğurlanan pullar hesabına alınmış bahalı kostyumları olmayan Rəsul Cəfərovu niyə yada salmadı?

Nuland “Azərbaycan inqilabı” söhbətinə cəmi 20 dəqiqə vaxt ayırdı. Bu görüşü “Azərbaycan Maydanının taleyi barədə danışıqlar” adlandırmağa da adamın nəsə dili də gəlmir. Lakin od-alovdan, dərin sulardan və “Molotov kokteylləri”ndən keçən peşəkar diplomat Nulanda öz əsas mesajını - “Azərbaycanda inqilab mümkün deyil və bununla barışmaq lazımdır” ismarışını kütləyə çatdırmaq üçün elə bu 20 dəqiqə də kifayət etdi. Nuland müxalifətçilərə o qədər də asan və sadə olmayan bu fikirlə barışmağı əmr etdi.

Qərb öz emissarı vasitəsilə ona eyham etdi ki, o, müxalifətə marağını sadəcə olaraq itirib. Qərb diplomatiyasının uğuru məhz ondadır ki, o, lazımsız kartları vaxtında bir kənara atmağı bacarır. Qərbin “ən yaxşı dostları” və “sadiq tərəfdaşları”nın bir andaca unudulması və dəyişən maraqlara qurban verilməsi halları tez-tez baş verir. Qərb taleyin ümidinə buraxılmış dünənki “sadiq yoldaşları”nı həmişə yalnız permanent “hiddətli bəyanatlar”la müdafiə edib.

Tarix sübut edir ki, Qərbin bir kənara atdığı, taleyin ümidinə buraxdığı bu cür “dostlar” arasında təkcə hüquq müdafiəçiləri, inqilabçılar, nüfuz agentləri yox, həm də bütöv ölkələr olub və var. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin başına gələnlər o qədər də uzaq dövrün hadisələri deyil. Mişa rus tanklarının Tiflisə yaxınlaşdığını görəndə (Putin öz “yaşıl adamcıqları”nı onda hələ icad etməmişdi) panika içində az qala qalstukunu yeyib qurtaracaqdı.

Bəs Qərb onda nə edirdi? ABŞ Konqresi, Avropa Parlamenti və digər beynəlxalq qurumlar onda aqressoru ittiham edəcək növbəti mənasız qətnaməni hazırlamaq üçün daha mülayim, daha münasib cümlələr axtarmaqla məşğul idilər.

Leyla Yunus İlham Əliyevdən nə istədi...



















Yaxud Ukraynaya baxın. Qərb Avropanın ən böyük ölkəsi olan Ukraynada baş verənlərə necə yanaşdı? Qərb yandırılıb viran qoyulan bu ölkə barədə yalnız təskinlik, təsəlli notları dolu nitqlər söyləməklə və bəyanatlarla çıxış etməklə kifayətləndi, vəssalam!

Azərbaycan hakimiyyəti qonşu ölkələrdə, o cümlədən Moskvanın Bolotnaya meydanında baş verən və özü ilə parıltı da, səfalət də gətirən məxməri inqilablardan nəticə çıxarıb, ibrət dərsi alıb. Əliyev hakimiyyəti yalançı inqilabçılarla, “beşinci kolon”la məsələni çox ıqsa müddətdə və ağılla yoluna qoydu. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları İvanişvili hakimiyyətindən, yaxud qırğız neokonservatorlarından fərqli olaraq “beşinci kolon” sıralarında eybəcər əcinnə ovu üsuluna əl atmadı, buna ehtiyac olmadı. Nə qədər təəccüblü olsa da bu hüquq müdafiəçiləri və QHT-çilər bütün kartlarını Qaralovun müstəntiqlərinə özləri öz əlləri ilə verdilər. Fəaliyyətləri boyunca çoxsaylı maliyyə fırıldaqları faktları ilə üzləşmiş bu müstəntiqlər də Qərbdən gələn pulların oğurlanmasının miqyasından dəhşətə gəlmişdilər. Axı bu pullar Rəsul Cəfərovun son dəbdəki saç düzümünə, yaxud madam Leyla Yunusun yeni dekoltesinə xərclənmək üçün yox, “Azərbaycan inqilabı işi” üçün nəzərdə tutulmuşdu. Lakin bu işi də iflasa uğradıb zay elədilər.

“Azərbaycanda avtoritarizmə və total korrupsiyaya qarşı bu mübarizlər”in özləri milyonlarla dollarla ölçülən qrantları oğurlayıb yedilər. İş o yerə çatdı ki, permanent burjua inqilablarının əsas sponsoru olan milyarder Corc Soros öz fondunun Azərbaycndakı bürosunu bağlamaq kimi çətin qərar verməyə məcbur oldu. Çünki oğurluğa, əliəyrilik etməyə dadanmış azərbaycanlı müxalifətçiləri dayandırmağın başqa yolu qalmamışdı. Sorosun azərbaycanlı inqilabçılara ayırdığı pulları doğrudan da ən uğursuz sərmayə qoyuluşu saymaq olar.

Bəs Qərbin öz “demokratikləşmə tərəfdarları”nın həbsinə reaksiyası necə oldu?

Əvvəlcə hər şey onilliklər boyu gördüyümüz sxem üzrə gedirdi: hiddət dolu bəyanatlar, ultimatumlar, qəzəbli açıqlamalar, dünya KİV-lərində dərc edilən sifarişli yazılar... Qərbli boşboğazların bu barışmaz ruhlu manerasını sonradan dərin depressiya əvəz etdi. Daha sonra isə uzun-uzadı bir sükut başladı. İndi hamı hüquq müdafiəçiləri, hüquqşünas və inqilabçılarla bağlı məhkəmə hökmünü gözləyir.

Qərb lazımsız kartları bir kənara atmağın vaxtının çatdığını nəhayət ki, dərk etdi. Bir ovuc marginala stavka edilməsi heç bir effekt vermədi. Ortada nə siyasi dividentlər oldu, nə də bu siyasilərin reanimasiyası imkanlarına ümid qaldı. Onları tezliklə unutdular. Onların siyasi külünü isə Bakı küləyinə verdilər.

Müxalifətçilərin həbsxana həyatı isə ermənipərəst qüvvələrin və heç nəyə yaramayan hüquq müdafiəçilərinin Azərbaycan hakimiyyətini tənqid etməyinə əla bəhanələr verdi. Bu, hakimiyyəti Avropa Oyunları ərəfəsində dalamaq üçün sadəcə bir fürsət idi. Bundan artıq heç nə. Bu qəribə qərblilərin azərbaycanlılara təlqin etməyə çalışdığı fikrə - azərbaycanlı məmurlara sanksiyaların tətbiqinin qaçılmaz və labüd olması fikrinə baxmayaraq hədələr sözdən o yana keçmədi.

Lakin bu “avtoritar və despot hökmdar” Əliyevi Qərbdə böyük hörmət-izzətlə, yüksək səviyyədə qarşıladılar. Qərbli “şurik”lərin əllərində çəkic-balta kimi yellədiyi sanksiyaların əvəzinə başqa mənzərənin şahidi olduq. Angela Merkel Berlində, İsveçrə hökuməti Davosda, dünyanın siyasi elitası Münhendəki sammitdə prezident İlham Əliyevə səmimiyyətlə qucaq açdı. Elə təəssürat yarandı ki, iflasa uğramış “şurik”lərin həbsindən sonra Əliyevi Avropa paytaxtlarında daha böyük hörmət və ehtiramla qarşılayırlar. Qərbli siyasətçilər və diplomatlar bu görüşlərin heç birində “repressiyaya məruz qalmış bu hüquq müdafiəçiləri”nin taleyi haqda bir kəlmə də danışmadı.

Yalnız bir epizod yadda qaldı - bir marginal azərbaycanlı mühacirin Avropanın gələcək enerji təhlükəsizliyi məsələsini müzakirə edən Merkellə Əliyevin birgə mətbuat konfransında bağırmaq cəhdi. Vəssalam. Bu da sənə Qərbdə Əliyevə qarşı sanksiya və etirazlar...

Bəs bu faktı necə izah etmək olar ki, Əliyev rejimindən qisas alınacağı gözləntilərinin ən güclü olduğu vaxtda elə həmin o Qərb ölkələrinin nazirləri və xüsusi elçiləri Bakıya toplaşmışdı? Məsələn, Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Hohştayn sözün əsl mənasında V.Nulandın dediklərini söyləmişdi: Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılmasına yönələn istənilən cəhd Vaşinqtona yönəlik təhlükə sayılacaq.

Azərbaycan müxalifətçilərinin əlindən taleyə müticəsinə boyun əyməkdən və Nulandın Bakıda dilə gətirdiyi reallığı - “inqilab olmayacaq!” gerçəyi ilə barışmaqdan başqa nə gələ bilər ki?!

Beləliklə də “siyasi məhbuslar” qərbli qrossmeysterlərin əlindəki kolodadan düşən kartlara çevriliblər. Bunu Timoşenkoya oxşayan (sadəcə oxşayan!) məhbus da anladı. Bəli, söhbət az qala nüfuzlu Saxarov mükafatı alacağı deyilən Leyla Yunusdan gedir. Qərb vaxtında ayıldı. Xoşbəxtlikdən Leyla Yunus da vaxtında düzgün qərar verdi. O, “permanent inqilabın qalib gəlməsi kimi parlaq ideya”dan imtina etməyə demək olar ki, tam hazırdır. O, indi bir vaxtlar despotizm mücəssəməsi saydığı insanlardan aman diləyir.

Leyla Yunus düşdüyü vəziyyətdən ən ağrısız çıxış yolu arayıb tapmağa çalışır. Tərəzinin bir gözünə Leyla Yunusu az qala ömürlük həbsə aparacaq ağır ittihamlar qoyulub. Leyla Yunus bu ittihamları yalnız tövbə etməklə və bir səfirlikdəki kuratorlarını ifşa etməklə yumşalda bilər. Tərəzinin digər gözündəki isə elə həmin kuratorların yonub düzəltdiyi “ölkənin baş hüquq müdafiəçisi” obrazıdır. Bu obraz olmasaydı, o fantastik pulları “yuyub” mənimsəmək mümkün olmazdı. Lakin Leyla Yunus bunu da başa düşür ki, bu pullar ona türmədə gərək deyil və olmayacaq.

Leyla Yunusun yapışdığı sonuncu saman çöpü sağlamlığı ilə bağlı spekulyasiyalar idi. Lakin avropalı həkimlər “axsaq Lüksemburqun” bu sonuncu ümidini də dəfn etdilər. Məlum oldu ki, o, tamamilə sağlamdır və Avropa səviyyəli türmədə cəzasını sonadək çəkməyə gücü çatar.

Leyla Yunusun ovqatındakı bu dəyişikliyi görünür, Brüssel və Vaşinqtonda da seziblər. Onlar Yunusun azad edilməsi barədəki xəbərləri daha gözləmirlər. Onların hamısı indi nəfəslərini içinə çəkib Azərbaycan hakimiyyətinin qaz borusunu (Putinin “Türk axını”na alternativ olaraq) Avropaya nə vaxt çəkib çatdıracağını səbirsizliklə gözləyir.

Bəs Yunus necə olsun? Gəlin bu sualı ürkək Nulandı gözləmədən, onun əvəzinə biz verək. Bu məsələdə Nuland kimi biz də yalnız hakimiyyətin humanizminə və Yunusun özünün səmimi-qəlbdən tövbə etməyinə bel bağlayırıq. Belə görünür ki, hüquq müdafiəçisi birinci addımı artıq atıb. Qalır ikinci addımı atmaq... Türmənin dəmir qapısı onda əlbəttə ki, açılacaq. Nuland da Bakını bu ümidlə tərk etdi...(virtualaz.org)

Yusif Əliyev