backend

Bakıda dəhşətli olay - Özünü körpüdən atdı

Bakıda dəhşətli olay - Özünü körpüdən atdı




















Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakıda 28 yaşlı kişi özünü körpüdən atıb. Lent.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində baş verib. General Şıxlınski küçəsində qeydiyyatda olmaqla yaşayan 1987-ci il təvəllüdlü Rauf Novruzov özünü körpüdən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. 28 yaşlı R.Novruzovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.