backend

Şabrannın icra başçısının Prezident İlham Əliyevə növbəti yalanı - ŞOK

Şabrannın  icra başçısının Prezident İlham Əliyevə növbəti yalanı - ŞOK























Novruz Novruzov: “Mən vaxtı ilə Prezidentin ailəsinə çox köməklər etmişəm, nə qədər şikayətlər eləsəniz də xeyri yoxdur,”


Hörmətli redaksiya biz Şabran rayonun sakinləri sizə və sizin redaksiyanın vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə imdat məktubu ilə müraciət edirik Sizin nəzərinizə çatdırmaq istəyirik ki 07.02.2015 tarixdə Şabran rayonun icra başçısı Novruz Novruzov Şabran Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat vermişdir. (Hesabatın tam versiyasi “Xalq qazeti”nin saytında yerləşir xalqqazeti.com). Biz o hesabatla taniş olduqdan sonra şok hala düşdük.Yalanı heç bir sərhədlərə sıxmayan hesabat bizi dəhşətə gətirdi. O miqyasda yalanı Ölkə Prezidentinə demək, biz hesab edirik ki, vətənə xəyanət etmək kimi bir cinayətdir. Əgər bu hesabat Şabran rayonundaki vəziyyətdən xəbəri olmayan birinin əlinə düşsə düşünər ki Şabran Kaliforniyani inkişsafda qabaqlayır.
Hörmətli redaksiya 8 ildir biz sakinlər Prezidentə imdat müraciəti edirik. 8 ildir biz Prezidentə Novruz Novruzovun rayonda bizim qanımızı içməyi barəsində yazırıq. 8 ildir biz yazıb yalvarırıq, bizi eşidsinlər, bu Adolf Hitlerin Şabran camaatına elədiyi GENOSİD-dən xilas etsinlər. Amma nəticə olmayıb. Arif Novruzov, kimi Tahir Suleymanov kimi büdcə yeyintisində, villaların tikilməsində, Şabranın bölüşdürülməsində, reketçiliklə məşğul olan və yüzlərlə cinayətlər edən məmurlar Novruzovun yalan hesabatını təstiqləyib, şərik olublar və şərait yaradıblar ki, Prezidentə rayonun real vəziyyəti çatmasın. Əgər Novruzov özünün , havadarlarının, şəriklərinin villalarını, ticarət obyektlərini, fermalarını, dəyirman və şadlıq saraylarını abadlığını nəzərdə tutursa bunlar bütünlükdə Şabran rayonu demək deyil. Əgər müstəqil bir komissiya yaradilsa və cənab Prezidentin nəzarəti altında yoxlamalar aparılsa Novruzovun hesabatı yalan olduğu meydana çıxar. Hesabatda Novruzov hansı iş yerlərindən danışır? Hardadı o iş yerləri ? Hansı asfaltdan danışır ? Hansi abadlaşmış küçələrdən danışır ? Hardadı o küçələr ? Buyurun gəlin biz sakinlərə görtərin bunların hamısını .
Bizim Prezidentimiz İlham Əliyevdir, Novruzov deyil və biz ancaq prezidentimizə inanırıq. İnanırıq ki, Prezidentimizin Novruzovun əməllərindən xəbəri olsa o mütləq cəzalanacaq. Novruzov desə də ki, mənəm rayonun ağası, nə qədər şikayət etsəniz də özünüzə pis olacaq, Prezidenti sizi kimi çobanlar maraqlandırmır. Biz inanırıq ki, bizim səsimizi Prezidentimiz eşidəcək. Nə qədər Novruzov desədə ki, “mən vaxtı ilə Prezidentin ailəsinə çox köməklər etmişəm, nə qədər şikayətlər eləsəniz də xeyri yoxdur,” biz bilirik ki, Prezidentin bunun əməllərindən xəbəri olsa, bu haqsızlığa son qoyacaq.

Dediklərimizin həqiqət olduğunu sübuta yetirmək üçün faktlar var . Biz neçə ildir ki şikayətlərimizi müxtəlif redaksiyalara yazırıq

Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov əhalinin hüquqlarını pozmaqda davam edir. Avrasiya.net-in bu dəqiqələrdə rayon camaatından aldığı məlumata görə, icra başçısının göstərişi ilə İcra Hakimiyyəti əməkdaşları H.Əliyev prospektində yerləşən evlərə gedərək sakinlərə hədə-qorxu gəliblər
mediatv.az

Redaksiyamıza müraciət edən Şabran rayon sakinləri icra başçısı Novruz Novruzovun əməllərindən cana doyduqlarını bildirirlər. Azerinfo.az bildirir ki, DİA.AZ-a bu barədə yazan şabranlılar maraqlı ifadələr də işlədiblər.

Onlar bildirirlər ki, prezidentin icra başçıları ilə bağlı sərəncamlarını həyəcanla oxuyurlar: «Həvəslənirik ki, birdən Novruz Novruzovun da vəzifədən alınma xəbərini oxuyaq. Dünən də belə həvəslənmişdik. Amma yanıldıq».

DİA.AZ vasitəsilə prezidentə müraciət edən şabranlılar bildirir ki, 8 ildir rayona rəhbərlik edən Novruz Novruzov rayonda rüşvət piramidası qurub: «Bütün yığılan rüşvətlər dolayı yolla ona çatır. Kim şikayətçi düşürsə, həmin adamı hədələyir, təqib etdirir.

Novruz Novruzov hər yerdə deyir ki, onsuz da «yuxarılara» şikayət etməyin mənası yoxdur. Çünki sonda şikayətlər baxılması üçün ona göndərilir».

«Özü barəsində çox yuxarı fikirdə olan Novruz Novruzov hətta iddialı fikirlər də səsləndirir» deyən şabranlılar DİA.AZ-a onu da açıqlayıblar ki, bəs Şabran RİH rəhbəri hər yerdə özünün toxunulmazlığı ilə öyünür: «Hər yerdə deyir ki, o, Heydər Əliyevin hakimiyyətə gəlməsinə kömək etdiyinə görə, kimsə ona dəyə bilməz. Amma mərhum Heydər Əliyevi kimsə yox, məhz Azərbaycan xalqının iradəsi hakimiyyətə gətirib. Amma bunu Novruz Novruzov öz adına çıxır və narazı şabranlıları bununla hədələyir»
azerinfo.az

Redaksiyamıza müraciət ünvanlayan Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Qabil şikayətində bildirir ki, onu icra hakimiyyətinin binasında icra hakimiyyəti başçısının işçiləri və sonrada polisə aparılaraq polis şöbəsində döyüblər. Beləki Şabran rayonunda olan qocalar evində məskunlaşmış Ağdam rayonundan məcburi qaçqın düşmüş Quliyev Qabil bir ayağını itirdiyindən əlil arabasında hərəkət edir. Qabil Quliyev bildirir ki, əlil arabası yararsız vəziyyətdə olduğundan onun yenisi ilə əvəzlənməsi üçün maddi imkansızlıqdan rayonda adiyyatlı qurumlara müraciət edib.Lakin ona heç bir yerdən kömək olunmadığından icra hakimiyyəti başçısına müraciət etmək fikrinə düşüb. Qabilin icra hakimiyyətinin qəbula getməsinin səbəbi yeni əlil arabasının alınmasında ona köməklik göstəriləsi olub. Kömək üçün Şabran rayon icra hakimiyyətinə pənah aparan məcburi köçkün, birinci qrup əlil Qabil Quliyev icra hakimiyyəti başçısı Novruz Novruzovun qəbuluna girmək istədiyini bildirib. Lakin ümüdlə icra hakimiyyətinə gələn məcburi köçkün ümüdsüzliyə düçar olub. Şikayətçini dinləyən icra başçısının məsləhətçiləri Qabili icra başçısının elm təhsil və səhiyyə məsələləri üzrə müavini olan Fikrət Nuşiyevin qəbuluna gətirirlər. Rayonun idarə rəhbərlərindən şikayət edən və icra başçısından köməyin elm təhsil və səhiyyə üzrə müavini qəbul edən kimi şikayətini dinləmədən nalayiq söyüşlər söyür və onu hədələyir.
azerinews.tv

Şabran rayonundan PİA.AZ daxil olan məlumata görə rayon icra başçısı şair Novruz Novruzov və birinci müavini Mehdi Balabəyov villa biznesinə girişiblər. Daxil olan məlumatda bildirilir ki, icra başçısı ilə müavini hələ Sovet dönəmində Azərbaycanının əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tiki rvə sonra baha qiymətə müxtəlif şəxslərə satırlar.
pia.az

Mənbə bildirir ki, adı çəkilən şirkətin Şabran küçələrinə qoyduğu asvalt örtüyünün qalınlığı 4 sam keçmir. Halbuki sənədləşdirmədə və Şabaran şəhər icra nümayəndəsi yolları təhvil aldığı zaman asvaltın qalınlığının 10-12 sm olduğu qeyd olunub. Şəhər yollarına təmiri üçün ayrılmış 620 min manat vəsaitin yarısının icra Başçısı Novruz Novruzov tərəfindən mənimsəildiyi bildirilir.
Həmçinin məlumata əsasən Şabran şəhərində abadlıq işləri aparılması üçün 11 nömrəli Kənd Tikinti Trestinə 580 min manat vəsait köçürülüb. Həmin Trest isə abadlaşdırma işlərini kosmetik olaraq həyata keçirib. Yenə də mənbəninin iddasına görə abadlıq işlərinə ayrılan vəsaitin böyük bir hissəsi icra başçısına çatıb.
Bir obyektə 50-70 min “şapka”
1990-cı ildən sahibkarlıqla məşğul olan Rasim Həmidov əməkdaşımızla söhbətində dedi ki, sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: “Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: “Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”.
Abadlıq üçün ayrılan 12 milyon hara xərclənib?
Rayon sakinləri ilə söhbət zamanı məlum oldu ki, N.Novruzov Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlatdırır. Həmin kənddə sakinlərin bir hektar torpağı da yoxdur. Novruz Məmmədov “raypo”nun 4300 kvadratmetr sahəsi olan anbarlarını alıb: “35 iş ”raypo"da işləmişəm. Hələ bir yer özəlləşdirməmişəm. Novruz Məmmədov “raypo”nun 4300 kvadratmetr sahəsi olan anbarlarını alıb orta məktəb müəlliminin adına keçirib. Qabağında da dükan tikdirib. Şabranda kommersiya ilə məşğul olur. Torpağı park adı ilə çəpərləyir. Sonra da içində ticarət obyekti tikdirir".
Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, son dörd ildə rayonun abadlaşdırılması üçün 12 milyon manat vəsait ayrılıb. N.Novruzov həmin vəsaitin yarısını abadlıq işlərinə sərf edib. Təmir olunması və abadlaşdırılması nəzərdə tutulan yerlərin 50 faizini sahibkarların boynuna qoyub. Rayonda sahibkarların lisenziya alması da müşkülə dönüb. Onlara lisenziya da “şapka” ilə verilir. Dövlət rüsumu 420 manatdırsa, sahibkar min manat verməli olur.
Sakinlər bildirdilər ki, rayonun abadlaşdırılması və təmiri üçün ayrılan pullarla N.Novruzov villalar, istirahət mərkəzləri, kotteclər tikdirir.
İcra başçısının “kassir” ləqəbli müavini kimdir?
R.Həmidov dedi ki, N.Novruzovun işlərini “kassir” ləqəbli müavini Mehdi Balabəyov idarə edir: "M.Balabəyov YAP-ın rayon təşkilatının sədri, eləcə də icra başçısının müavinidir. Dəvəçidə ilk üçmərtəbəli villanı Mehdi Balabəyov tikdirib. Özü də üç ayın içində. Hansı pullarla?" R.Həmidov dedi ki, rayonda bir günün içində lisenziya üçün 83 min manat yığılıb.
Parkda yüzlərlə 50 illik ağacları kəsib villa tikdirib. Polisin gücü ilə ticarətçilərə təzyiq göstərirlər. Heç prezidentin dediyinə əməl etmirlər. R.Həmidov dedi ki, N.Novruzov rayonu çapıb -talamaqdan başqa camaatı inandırmağa çalışır ki, prezidentin rüşvətə qarşı apardığı mübarizə müvəqqətidir. (dogru.tv)

dogru.tv
azerinews.tv
teref.info
azfakt.com
azadliq.info
azerinfo.az


Bu faktlar Novruz Novruzovun 8 illik faliyyəti dövründə baş vermiş haqsızlıq və qarətlərinin az bir hissəsini özündə əks etdirir.”