backend

Bakıda özbək qızlarını fahişə kimi satan kişi tutuldu

Bakıda özbək qızlarını fahişə kimi satan kişi tutuldu



















İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Elnur Rafiqov saxlanılıb

qaynarxett.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda təqsirkar bilinir.

Digər məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkmənistan vətəndaşı Enejan Bayramdurduyevanın gəlir əldə etmək məqsədi ilə paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.