backend

Qubada qız qaçırdılar

Qubada qız qaçırdılar
















O, 6 saat əl-qolu bağlı saxlanılıb

Qubada orta məktəb şagirdini qaçırıblar.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub.

Şikayətə əsasən qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayətdən sonra əməliyyat keçirilib. Əməliyyat zamanı qızın əli-qolu bağlı kənd kənarında yarımtikilidə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı rayonun Hacıhüseynli kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Şamil oğlu Misirxanov qaçırıb. Müəyyən edilib ki, qız 6 saat əl-qolu bağlı saxlanılıb.

Keçirilən əməlliyyat zamanı həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.