backend

Moskvada azərbaycanlı və ermənilərin “bandasına”qarşı əməliyyat

Moskvada azərbaycanlı və ermənilərin “bandasına”qarşı əməliyyat






















Qafqazlılar pul daşıyanları qarət edirdi

Moskvada pul daşıyanları ovlayan etnik cinayətkar dəstənin 8 üzvü “MUR” əməliyyatçıları tərəfindən tutulub.

qaynarxett.az “MK”ya istinadən xəbər verir ki, fevralın 18-də cinayət axtarışı üzrə əməkdaşlar “SOBR”un dəstəyi ilə azərbaycanlı və ermənilərdən ibarət dəstəni zərərsizləşdirib.

Əməliyyatçılar uzun müddət idi ki, onları axtarırdı.

Cinayətkar dəstədə olan mənbənin məlumatına əsasən, dəstə növbəti hücumu planlaşdırıb. Polislər potensial qurbanla əlaqə saxlayıb və ayyaqqabı satışı ilə məşğul olan biznesmenə tələ olmağı təklif ediblər.

Fevralın 18-də təxminən saat 17:10-da biznesmen “Leksus”unda Mayakovski döngəsi üzrə hərəkət edib. Bu zaman onun hərəkəti “Qazel” tərəfindən məhdudlaşdırılıb.

“Qazel”in salonundan çıxan üç cinayətkar biznesmenin maşınına yaxınlaşaraq, yan şüşələri sındırıb və salonda içində 9 milyon 800 min rubl olan çantanı oğurlamağa cəhd ediblər.

Bu zaman cinayətkarlar prosesi sürətləndirmək üçün biznesmenə travmatik silahdan atəş açıb, lakin hədəfdən yayınıblar. Çanta cinayətkarların əlində olan an onların təəccübünə küçədə “SOBR”un əməkdaşları peyda olub.

“Saxlanma zamanı cinayətkarlar polislərə qarşı aktiv müqavimət göstərib. Onlar “SOBR”un əməkdaşları istiqamətinə bir neçə dəfə atəş açıb və onlardan birinin dəbilqəsini armaturla sındırıb.

Cavab olaraq polislər “Polis haqqında” qanuna uyğun olaraq tabel silahı tətbiq edib və nəticədə cinayətkarlardan biri yaralanıb və xəstəxanaya yerləşdirilib”, deyə Moskva polisinin rəsmi nümayəndəsi Svetlana Kokotova deyib.