backend

19 yaşlı ana körpəsini zibilə atdı

19 yaşlı ana körpəsini zibilə atdı






















Körpə xəstəxanaya yerləşdirilib

Novosibirskdə zibil konteynerində körpə tapılıb.

qaynarxett.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qız uşağını xilas etmək mümkün olub.

Region polisinin məlumatına görə, dünən axşam yoldan keçən bir nəfər polietilen paketə bükülmüş yeni doğulmuş uşağı Poltava küçəsindəki zibil konteynerində aşkar edib. Kişi uşağı öz maşınına qoyub və polis çağırıb.

Hüquq mühafizəçiləri xidməti iti hadisə yerinə cəlb edib və o, izi götürərək polis əməkdaşlarını Poltava küçəsində olan mənzilə gətirib. Həmin mənzildə yeni doğulmuş körpənin 19 yaşlı anası tapılıb.

Hazırda körpə uşaq xəstəxanasının reanimasiyasına yerləşdirilib. Onun həyatına heç bir təhlükə yoxdur.

Polis cinayət işinin açılması barədə məsələni həll edir.