backend

Mehman Əliyevdən xəbərdarlıq

Mehman Əliyevdən xəbərdarlıq



















“Sosial gərginlik əhəmiyyətli dərəcədə artacaq”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev Moderator.az-a açıqlamasında yaxın gələcəkdə ölkədə sosial gərginliyin artacağını bildirib:
“Azərbaycanda yaxın aylarda sosial gərginlik və narazılığın artacağı şübhəsizdir və artıq bunun bəzi əlamətləri özünü aşkar şəkildə göstərir. Müxtəlif kanallar vasitəsi ilə ölkəyə daxil olan gəlirlərin azalması, sosial problemlərin daha geniş dairə və təbəqələri əhatə etməsi sosial gərginliyin meydaha çıxmasını şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan yaxın aylarda sosial zəmində ciddi etirazların müşahidə ediləcəyi, bunun izdihamlı aksiyalara səbəb ola biləcəyi ehtimalı kifayət qədər yüksəkdir”.