backend

Xocalı faciəsinin müqəssirləri nə zaman hesab verəcək? - Türkiyə mətbuatı Xocalı faciəsindən yazdı

Xocalı faciəsinin müqəssirləri nə zaman hesab verəcək? - Türkiyə mətbuatı Xocalı faciəsindən yazdı
















"Xocalı faciəsindən 23 il keçməsinə baxmayaraq ədalət axtarışı hələ də davam edir. Xocalı üçün heç bir beynəlxalq təşkilat bir addım atmayıb və Xocalıda vurulan yara 23 ildir ki qanamağa davam edir"

qaynarxett.az xəbər verir ki, bu yazılar Türkiyənin məşhur mətbuat qurumu olan "TimeTurk"-də yer alıb.
Qəzet hər şeyin işğalçı bir dövlətin həmin dövrün hegemon gücünə arxalanaraq bütün hüquq və ədalət prinsiplərini tapdalaması ilə başladığını, 1992-ci ilin fevral ayında hegemon qüvvələrin əl-ələ verərək dünyanın susqunluğunun kölgəsində müsəlman bir xalqa divan tutduğunu yazıb.

"Nə qədər qəribədir ki, illərdir dayanmadan 1915-ci il hadisələri üçün ədalət tələb edənlər, gözlərinin qarşısında baş verən Xocalı soyqırımına səssiz qaldılar. O gün işğalçı qüvvələr Xocalıya girdiklərin zaman qadın, kişi, yaşlı, uşaq demədən 1300 dinc sakini vəhşicəsinə öldürdülər, 1275 nəfər əsir düşdü, 150-yə aşan uşaq yetim qaldı."

Qəzetdə dərc olunan məqalədə Xocalı faciəsinin İnsan Haqları təşkilatları tərəfindən Qarabağ müharibəsi zamanı işlənən ən qəddar hadisə olaraq xarakterizə olunmasına baxmayaraq bu günə qədər bu faciəni törədənlərə qarşı heç bir tədbir görülmədiyi bildirilir.

Çox acı bir həqiqətdir ki, bu faciənin baş rollarında birini ifa edən Serj Sarkisyan qısa bir zaman sonra Ermənistan prezidenti seçilmiş və hələ də həmin vəzifəni davam etdirməkdədir.

Məqalədə həmçinin soyqırımı yenidən gündəmə gətirmək və hadisənin beynəlxalq hüquq normativləri çərçivəsində yenidən gözdən keçirilməsi üçün İHH humanitar yardım vəqfinin təşkil etdiyi simpoziumun çox mühüm olduğu bildirilir.

Çünki Xocalı faciəsi və Qarabağda baş verən digər cinayətlər hələ də dünya ictimaiyyətinin prioritet mövzuları arasında yoxdur.