backend

Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA

Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA




















Bu günlərdə olkə telekanallarında yayımlanan proqramlarda broyler toyuqlarının ziyanları,geninin dəyişdirilmısi və iynə ilə şişirdilib kökəldilməsi barədə mənbəyi məlum olmayan yanlış məlumatların efirə verilməsi istehlakçılar arasında çaşqınlıq yaradıb. Bu da quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib. Respublikada quş əti istehsalı ilə məşğul olan iri müəssisələrdən biri” Siyəzən Broyler” ASC-də 1500 nəfərə yaxın işçi çalışır

Quşçuluq fabrikləri, o cümlədən “Siyəzən Broyler”ASC-də bir günlük cücələrin saxlanması, bəslənməsi, böyüdülməsi zamanı istifadə edilən yem məhsulları, qatqıları və əlavələrinin tərkibi genetik modifikasiya olunmuş deyil, əksinə təbii buğda,qarğıdalı,günəbaxan yağında ibarətdir.

“Siyəzən Broyler” ASC-də istehsal olunan məhsullar keyfiyyətinə ğörə uyğunluq və gigiyenik sertifikatlarla təchiz edilir, islami qaydalara uyğun halal şəkildə kəsilir və onun əsasında satış həyata keçirilir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: "Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir".

Hazırda xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır. Onu da bildirək ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olub.