backend

Mirşahin Ağayev Lamiyə Quliyevaya cavab verdi

Mirşahin Ağayev Lamiyə Quliyevaya cavab verdi























ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Lamiyə Quliyevanın onun barəsində dediklərinə qısa cavab verib

qaynarxett.az xəbər verir ki, M.Ağayev Publika.az-a açıqlamasında deyib: “Axı Lamiyə Quliyeva məndən niyə danışsın ki?”

Xatırladaq ki, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə azadlığa çıxan Lamiyə Quliyeva mətbuata ilk açıqlamasını verib.

Axar.az-ın məhkəmə zalında olan əməkdaşının verdiyi məlumata görə, L.Quliyeva açıqlamasında bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin onu və anasını təhqir etdiyini deyib.

Lamiyə Quliyevanın sözlərinə görə, həbsxanada olarkən Mirşahin Ağayev şəxsən ondan müsahibə almağı təklif edib. Amma məhz bu təhqiredici süjetin ANS kanalında yayımlanmasına görə o, müsahibədən imtina edib.