backend

Ermənistanda iqtidara ən iddialı şəxs aradan çıxdı - Səbəb

Ermənistanda iqtidara ən iddialı şəxs aradan çıxdı - Səbəb






















Sərkisyana qarşı mübarizədə erməni xalqı tərəfindən ən çox dəstəklənən və rəhbərlikdə istənilən Qaqik Çarukyan hakimiyyət uğrundakı mübarizədən geri çəkilib

Bunu BDU-nun Erməni Araşdırma Mərkəzi üzrə eksperti İsmayıl Tanrıverdi bildirib.
Ekspertin sözlərinə görə, Çarukyan bu addımı ölkədə qan tökülməsin deyə atıb:
“Çarukyan Sərkisyana qarşı mübarizədən geri çəkilib. Dediyinə görə, onu bu mübarizədən çəkilməyə ən çox vadar edən anası və həyat yoldaşı olub. Çünki onlar qan töküləcəyindən qorxublar. Amma o bu oyunu prezident seçkilərində də oynamışdı. Son anda Sərkisyanın xeyrinə namizədliyini geri götürmüşdü. Bununla da o, qərarında qətiyyətsiz olduğunu bir daha göstərdi. Ancaq hesab edirəm ki, Ermənistanda beş əsas müxalifət partiyasından biri olan “İrs” partiyasının sədri Raffi Ovanisyan hakimiyyət iddiasında və qərarında ciddidir. Bu gün mitinq keçiriləcək”.