backend

Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutuldu

Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutuldu






















Cinayət işi başlanıldı

Bakı polisi insan alverinə qarşı növbəti əməliyyatını keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Rəfiqə Mansurova saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.