backend

«Günəşli» hoteli hansı məmurlar himayə edir?

«Günəşli» hoteli  hansı məmurlar himayə edir?



























Mirqamət Seyidovun açıq-aşkar şəkildə fəaliyyət göstərən obyektində əxlaqsızlıq baş alıb gedir. Aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri çirkab yuvasını niyə dağıtmır?

Hüquq-mühafizə orqanlarının dəfələrlə paytaxtın ayrı-ayrı yerlərind onlarla fahişəxanaları aşkarlamalarına baxmayaraq təəssüf ki, əxlaqsızlıq yuvalarının fəaliyyətinə birdəfəlik xitam verilmir. Bütün bunlar göstərir ki, həmin bar-saunaların rəhbərləri həbs edilməli, məsuliyyətə cəlb olunmalıdır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları paytaxtın ayrı-ayrı rayonlarında yerləşən bir sıra əxlaqsızlıq yuvalarında reyd keçirsələr də, bar-saunalardakı reydlər zamanı onlarla fahişəni aşkarlasalar da, bəzi obyektlərin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilməsi belə halların kökünün birdəfəlik kəsilməsinə imkan vermir.
Bütün bunlar onu göstərir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da gücləndirməlidir. Ümumiyyətlə hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Paytaxtın digər yerlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların istirahət etdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır. Təəssüf ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bu cür əxlaqsızlıq yuvaları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə etmək məqsədilə təşkil edilib. Təəssüf ki, "ailəvi istirahət mərkəzləri", "kafe"lər, "barlar" adı altında fəaliyyət göstərən bəzi obyektlərdə təxminən 35-40 otaq olur. Belə yerlərdə xidmətçilər gənc qızlar olurlar. Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdən bəziləri hətta şəhərin mərkəzi yerlərində də yerləşir. Belə yerlərə gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Həmin obyektlərin sahibləri heç kimdən çəkinmədiklərini deyirlər. Bu cür yerlər həm də kriminal sahələrə çevriliblər. Hətta bir neçə dəfə həmin obyektlərdə qız üstündə böyük davalar, hətta ağır cinayət hadisələri baş verib.

Paytaxtın ən məşhur əxlaqsızlıq yuvalarından biri də Xətai rayonu ərazisində yerləşən «Günəşli» hoteldir. Redaksiyamıza daxil olan məlumatlara görə, uzun müddətdir fəaliyyət göstərən əxlaqsızlıq yuvasında hər gün saat 19:00-dan sonra qədim peşə sahiblərinin «şou»su başlayır: «Bakıda fahişəliyin açıq-aşkar şəkildə cərəyan etdiyi obyektlərdən sayılan «Günəşli» hoteldə axşam saatlarında əməlli-başlı tıxac yaranır. Bu avtomobillərin yox, əxlaqsız qadınların yaratdığı tıxacdır. Şəhərdə nə qədər yüngül həyat tərzi keçirən qadın varsa hamısı bura axışır. Onlarla bir neçə saat əyləncəli vaxt keçirmək istəyən müştərilər də həmçinin. Hoteldə «işləyən» əxlaqsız qızlar müxtəlif hərəkətlər edərək müştərilərin marağını çəkirlər. Qızlar əvvəlcə hotelə bitişik olan kafedə oturub onlara meyl salan müştərilərlə danışırlar. Qiymət məsələsində razılığa gələndən sonra isə otaqlara keçib məlum niyyətlərini həyata keçirirlər. Hotel sözün həqiqi mənasında çirkab yuvasıdır. Burda cərəyan edən hadisələr milli-mənəvi dəyərlərimizin məhv edilməsinə hesablanıb. Hotelin bəzi işçilərinin əsas işi ucqar kəndlərə gedib qız axtarmaqdır. Belələri maddi sıxıntı içində yaşayan ailələri tapıb onların azyaşlı qızlarını şəhərdə yüksək maaşla işə düzəldəcəkləri adı ilə aldadıb müəyyən miqdarda pul verərək Bakıya gətirirlər. Başına gətiriləcək hadisələrdən xəbərsiz olan azyaşlı qızlar bir neçə gün başqa yerdə saxlanandan sonra hotelə gətirilərək müştərilərin xidmətinə verilirlər. Fahişəliyə yenicə başlayan yetkinlik yaşına çatmayan qızların qiyməti çox bahadır. Bəzi müştərilər həmin qızlarla cinsi əlaqədə olmaqdan ötrü yüksək məbləğ təklif edirlər. Beləcə, günahsız kənd qızları bir neçə ayın ərzində peşəkar fahişəyə çevrilirlər. Qızların qiyməti yaşlarına uyğun olaraq dəyişir. Hoteldə müştərilərə intim xidmətlər təklif edən qızların arasında yetkinlik yaşına çatmayanları daha çoxdur. Belə qızların bir saat üçün qiyməti 50 manatdan başlayır. Yaşı 30-35 arası olan qədim peşə sahiblərinin bir saat üçün qiyməti isə nisbətən ucuz, yəni 20-25 manatdır. Bu, qızlara çatan puldur, otağın qiyməti isə şəraitinə və saatına görə dəyişir. Məsələn, «Günəşli» hoteldə 3 saatlıq otaq sifariş edən müştəri ən aşağısı 45-50 manat xərc çəkməlidir. Yox əgər müştəri otaqda 1 saat qalmaq istəyirsə buna görə 20 manat ödəməlidir. Müştərilərə seksual xidmət göstərən qızlar qazandıqları pulun çox hissəsini hoteli işlədən şəxsə verib yerdə qalanını özlərinə götürürlər». Məlumatda bildirilir ki, «Günəşli» hoteldə fəaliyyət göstərən qızların arasında müxtəlif cinsi xəstəliklərin daşıyıcısı olanlar da az deyil: «Təhlükəli xəstəliyin daşıyıcısı olan qızlar cinsi əlaqədə olduqları şəxslərə də bu xəstəliyi keçirirlər. «Günəşli» hoteldə belə hadisələr tez-tez olur. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları milli-mənəvi dəyərlərimizi məhv edən, gənc qızları pis yola sürükləyən obyektin fəaliyyətini sanki görmürlər». Əlbəttə, bu cür obyektlərin fəaliyyət göstərməsi fahişəliyin çiçəklənməsinə gətirib çıxarır. Bunu nəzərə alıb Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif müəllimdən, habelə Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli müəllimdən xahiş edirik ki, adıçəkilən əxlaqsızlıq yuvasının fəaliyyətinə xitam versinlər.

Mövzunu diqqət mərkəzində saxlayacağıq

Ə.Azad