backend

28 SAYLI TSEK-DƏ BAZAR

28 SAYLI TSEK-DƏ BAZAR



















Qurumun rəhbəri Arif Səmədovla komissiya üzvü olan həkimlər arasında pul üstündə dava düşdü

Tovuz rayon 28 saylı TSEK-in həkim komissiya üzvləri arasında hökm sürən narazılıq o həddə çatıb ki, tərəflər bir-birini şantaj etməkdən çəkinmirlər. Daha doğrusu, Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədov komissiya üzvü olan həkimlə pulu bölüşə bilmir, münaqişə hazırda da davam edir. Bu sözləri həmin qurumdakı şəxslərdən biri deyib.
Onun verdiyi məlumata görə, qurumun iş rejimi 5 gündən ibarətdir. «Həftənin 1-ci və 5-ci günləri təkrar komissiyadan keçməli olan xəstələr və ilkin sənədlərin qəbulu üzrə əlillik qrupu almaq istəyən şəxslər TSEK-ə müraciət edirlər. Bu işlərlə həkim komissiya üzvləri məşğul olur. Hətta, qayda belədir ki, ilkin sənədləri qəbul edən komissiya üzvü həkim sonrakı mərhələlərdə də müayinə edib qrup təyin etdiyi xəstəyə məsuliyyət daşıyır».
Mənbə bildirir ki, 28 saylı TSEK-də əlillik heç kimə pulsuz təyin edilmir, heç bir xəstə 70-150 manat verməsə, təkrar komissiyadan keçirilmir. «Əlillik təyin olunan “xəstələr”dən 2-ci qruplar üzrə 3000 manat, 3-cü qrup əlillik dərəcəsi almaq istəyənlərdən 1500-2000 manat qarşılığında vəsait alınır. Bu vəsaitlər sahə üzrə ixtisaslaşmış möhtəkirlərin əli ilə alınır. Alınan rüşvət 28 saylı TSEK-in sədrinə rayonun müxtəlif yerlərində kafe və çayxanalarında verilir. Orta hesabla gün ərzində ilkinvə təkrar komissiyaya gələn şəxslərdən 6000-7000 min manat rüşvət yığılır. Bu qədər puldan Arif Səmədov 2 nəfər qanuni həkimə və 2 nəfər qeyri-qnuni saxladığı işçilərin hər birinə gündəlik 100 manat vermir. Həkimlərə yığılmış ümumi puldan günorta yeməyi alınmır. Bir sözlə, “Heyva da mənə, armud da mənə” yanaşması narazılığa səbəb olur».
Söylənilənlərə görə, Arif Səmədov fikrini onunla izah edir ki, Tovuz rayonunun rəhbərliyinə və Bakıda mərkəzə xərci çox çıxır. Qazandığının cüzi hissəsi ona qalır.
Xatırladaq ki, sözügedən dövlət qurumunda baş verən neqativ hallar bununla yekunlaşmır. Hələ bir müddət əvvəl ortaya bir sıra məlumatlar çıxmışdı. Onların arasında işçilərin qanunsuz olaraq işdən çıxarılması, Arif Səmədovun başqalarını şantaj etməyə cəhd göstərməsi də var idi.

Qarşı tərəfi də dinləməyə hazırıq.