backend

AMİ-nin Cəlilabad filialında baş verən olaylar

AMİ-nin Cəlilabad filialında baş verən olaylar












Xudayar Sultanlı təhsil ocağını “bazar”a çevirib

Son bir ildə ölkə mediasında ən çox müzkirə olunan təhsil ocağı Azərbaycan Müəllimlər İnstitutudu desək, yəqin ki yanılmarıq. AMİ-nin Qazax, Gəncə, Salyan və Mingəçevir filiallarında baş verən müdhiş olaylar,cinayət ittihamları və bütün bunların fonunda kadr dəyişiklikləri, o cümlədən Təhsil nazirinin qərarı ilə filialların bağlanması bunun əyani sübutudur.Amma,kölgədə qalan,əslində isə adıçəkilən filiallardan əməllərinə görə heç də geri qalmayan (bəlkə də irəliyə gedən ) başqa bir təhsil müəssisəsi də var. AMİ-nin Cəlilabad filialı... Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikası prezidentinin təhsil sisteminin təkmilləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanına əsasən yaradılmışdır.
Filiala dosent Xudayar Sultanlı rəhbərlik edir.
Filialda 3 ixtisası əhatə edən 1 fakültə fəaliyyət göstərir.

qaynarxett.az-ya daxil olan məlumatda Xudayar Sultanlı filialda yeni rüşvət qaydaları müəyyənləşdirib.

Yeni rüşvət qaydalarını filialda özünə yaxın bir neçə şəxsin əli ilə həyata keçirən Xudayar müəllim təhsil ocağını "bazara" çevirib. Redaksiyamıza daxil olan məlumatlarda aydın olur ki, Xudayar Sultanlı keçən sessiya imtahanlarında yaxşıca rüşvət toplaya bilib. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə hər bir tələbə tarix, ədəbiyyat fənnindən imtahana 180 manat, riyaziyyat fənnindən imtahana 200 manat, digər fənn imtahanlarına 150-200 manat müqabilində rüşvət verib. Və bu prosess qarşıdan gələn sessiya imtahanları üçün də keçərlidir. Daxil olan məlumatlarda o da qeyd edilir ki, Xudayar Sultanlı filialda çalışan işçilərin məvacibindən hər ay özü üçün müəyyən qədər "şirinlik" almaqdan belə çəkinmir. Filialda 60-a qədər işçinin çalışdığını nəzərə alsaq, Xudayar Sultanlı hər ay nə qədər qazancı olduğunu hesablaya bilərsiniz.

Çox hörmətli və dəyərli professor, Millət vəkili Aqiyə Naxçıvanlının nəzərinə çatdırırıq ki, bu ali təhsil ocağında baş verən qanunsuzluqlara, rüşvət hallarına diqqət ayırsın. Elə biz də filialı “bazar”a çevirən Xudayar Sultanlının fəaliyyətini diqqət mərkəzində saxlayacağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq.