backend

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı






















TQDK məlumat yayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulunun vaxtını açıqlayıb.

Komissiyadan verilən məlumata görə, I- IV qruplar üzrə ərizə qəbulu 1-30 aprel tarixlərində, V qrup üzrə isə 5-18 may tarixlərində həyata keçiriləcək.

Qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) aprelin 15–dən 30-dək, V qrup üzrə isə mayın 6-dan 19-dək baş tutacaq. Boş qalan yerlərə ixtisas seçiminin (I- V qruplar) -14-19 avqust tarixlərində həyata keçirilməsi nəzərdə tutulub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması martın 1-dən 31-dək olacaq.

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul

- qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may

- qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may

- qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul

- qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul-05 avqust

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) -19 iyul-05 avqust

- ixtisas seçimi (I- V qruplar) -30 iyul-11 avqust