backend

Əhaliyə xoş müjdə: Faiz dərəcəsi qaldırıldı

Əhaliyə xoş müjdə: Faiz dərəcəsi qaldırıldı






















ADİF məlumat yayıb

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb.

Bu barədə Fonddan məlumat verilib.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb.

Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib.

Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir.

Xatırlatmaq istərdik ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

Qeyd edək ki, əvvəlki vəziyyətdə ADİF yalnız maksimum illik 9% dərəcə ilə cəlb olunmuş əmanətləri sığortalayırdısa, hazırda bu rəqəm 12%-ə qaldırılıb və bu da son nəticədə daha çox vətəndaşın banklardakı əmanətlərini əhatə edəcək.