backend

Çörəyin qiyməti ilə bağlı rəsmi açıqlama

Çörəyin qiyməti ilə bağlı rəsmi açıqlama




















İqtisadiyyat və Sənaye Nazirliyi son günlər çörəyin və unun qiymətində artımın olması məsələsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.

Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Qeyd edək ki, Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.

Bu barədə anspress-ə alıcılar xəbər veriblər. Onların sözlərinə görə, Bakının Suraxanı, Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.