backend

Süleyman Şah türbəsi azad edildi - Türbə yenidən başqa yerdə inşa olunur (Foto)

Süleyman Şah türbəsi azad edildi - Türbə yenidən başqa yerdə inşa olunur (Foto)

Türkiyə ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində azad edilən Süleyman Şah türbəsi üçün artıq yeni türbənin inşasına başlanılıb

Avropa.info xəbər verir ki, Türkiyəyə daha yaxın məsafədə olan və Şanlıurfa vilayətinin ərazisindən gözlə görülən bir yerdə inşa olunan yeni türbə və mühafizə postu sərhəddən 200 metr məsafədə yerləşən Eşmə kəndinin ərazisindədir.

Bölgədə tikinti işlərini aparan heyət və texnika türk əsgərləri tərəfindən ciddi mühafizə olunur.

Qeyd edək ki, türbə bundan öncə də iki dəfə yəni; 1939 və 1975-ci illərdə yeni yerlətə köçürülmüşdü.
Türkiyənin nazirlər kabinetindən verilən açıqlamada bildirilir ki, yeni inşa olunan türbə də 1921-ci il Ankara sazişi, 1956-cı il Hələb protokolu, 2003-cü il razılaşması və 2012-ci il tarixli nota əsasında 1 hektar ərazi və üzərindəki tikililər Türkiyə torpağı hesab olunur.

Xatırladaq ki, Süleyman Şah türbəsinin və türbəni mühafizə edən əsgərlərin xilas edilməsi üçün Türkiyə silahlı qüvvələri keçən şənbə günü “Şah Fırat” əməliyyatı həyata keçirib.

Axşam saat 21:00 radələrində başlayan əməliyyat səhər saat 06:00 radələrində başa çatıb.

Əməliyyatlar 39 tank, 57 zirehli transportyor, 100 hərbi avtomobil və 572 canlı qüvvənin iştirakı ilə həyata keçirilib.

Nəticədə Süleyman Şah türbəsi və oradakı əsgərlər xilas edilərək Türkiyəyə gətirilib.

Suriya hökuməti əməliyyatlara sərt reaksiya verərək Türkiyəni Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham etsə də Türkiyə hökuməti əməliyyat haqda Suriyaya bir gün öncə xəbər verildiyini bildirib.

Vüsal Əliyev