backend

Prezidentin sabiq kürəkəni həbsxanada asılmış vəziyyətdə tapıldı - Son dəqiqə

Prezidentin sabiq kürəkəni həbsxanada asılmış vəziyyətdə tapıldı - Son dəqiqə




















Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sabiq kürəkəni Rahat Əliyev Avstriya həbsxanasında ölü tapılıb

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, Avstriya tərəfinin iddiasına görə bu intihardır.

Avstriyanın “Kurier” qəzetinin yazdığına görə, Əliyev həbsxana kamerasında boğazından asılmış vəziyyətdə tapılıb. Onun vəkili hadisənin intihar olduğuna əmin deyil. Çünki hadisədən bir neçə gün əvvəl Rahat Əliyev üç adamlıq kameradan tək adamlıq kameraya köçürülmüşdü.

Rahat Əliyev Avstriyada iki bankirin qətlində günahkar bilinirdi. 2007-ci ildə yoxa çıxan qazax əsilli Joldasom Timraliyev və Aybar Həsənovun cəsədləri 4 il sonra tapılmışdı. 2014-cü ilin dekabrında Rahat Əliyevə hökm oxunmuşdu.

Nazarbayev 2008-ci ildə öz kürəkəninə dövlət çevrilişi ittihamı ilə iş açmışdı. Qazaxıstan Avstriyaya ekstradisiya üçün dəfələrlə müraciət etsə də, tələb yerinə yetirilməmişdi.