backend

Bağçada körpələrə verilən “kukuruz”un içindən ölü siçan çıxdı

Bağçada körpələrə verilən “kukuruz”un içindən ölü siçan çıxdı



























Bakıda uşaq bağçasının bufetində satılan qarğıdalı çubuğunun (“kukuruz”) içindən ölüb siçan çıxıb

Bu barədə sosial şəbəkədə məlumat və fotoşəkil paylaşılıb.

Fotonu sosial şəbəkədə paylaşan xanım belə bir şərh yazıb: “Bağçada bir uşağın “kukuruzu”ndan ölü siçan çıxıb. Analar, uşaqlara belə məhsullar almayın”.

“Tıq-tıq xanım” adlı qarğıdalı məhsulunun içindən çıxmış ölü siçan bu yerli məhsulların necə təhlükəli olduğunu bir daha göstərir. Mətbuatda gizli və şəraitsiz sexlərdə hazırlanan bu cür məhsullar barədə dəfələrlə yazılıb. Bu cür məhsulların insan sağlamlığı üçün təhlükəli olduğu da məlumdur.

Qeyd edək ki, bu cür yerli məhsulların içindən ölü siçanın, həşəratların, zərərli maddələrin çıxması haqda sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılır. Bu da onlardan biridir.

Məsələnin təfərrüatlarını, bu məhsulun hansı bağçada satıldığını, hansı şəraitdə və hansı şirkət tərəfindən istehsal olunduğunu araşdırmağa çalışacağıq.(Virtualaz.org)