backend

AZAL gənc qızları işə dəvət edir

AZAL gənc qızları işə dəvət edir






















Qızların boyu 165 sm-dən az olmamalıdır

Azərbaycanın Milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) stüardessaların işə qəbulunu və namizədlər üçün kastinq elan edib.

qaynarxett.az xəbər verir ki, oxu.Az-a AZAL-dan verilən məlumata əsasən sənədlərin qəbulu 2015-ci ilin mart ayının 2-dən 20-nə qədər davam edəcək.

Şirkət, həmçinin öz meyarlarını da təqdim edib:

Boyu 165 sm-dən az, 180 sm-dən çox olmamalı.

Yaş həddi 18-30 arası.

Dil bilikləri: Azərbaycan, rus və ingilis dili.

Namizədlər qəbul zamanı aşağıdakı sənədləri təqdim etməlidirlər:

Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, 2 ədəd 3*4 şəkil, xarici pasport, diplom.

Bütün sənədlər saat 10:00-dan 13:00-a qədər qəbul ediləcək.

Əlavə məlumat üçün telefon nömrələri: +99412 497 26 00 (daxili: 24-04, 24-22, 26 24).

+99412 497 20 45.